...

Qəbələ RLS ildə 10 min kosmik obyektin uçuşunu müşahidə edir

Siyasət Materials 25 Yanvar 2006 19:09 (UTC +04:00)

Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyası (RLS) ildə 10 min kosmik obyektin uçuşunu izləyir. Trend bildirir ki, bu barədə RF baş nazirinin müavini, müdafiə naziri Sergey İvanova RLS analitik informasiya mərkəzinin komandiri Sergey Starostin məlumat verib.

Çərşənbə günü, rəsmi səfərin proqramında planlaşdırıldığı kimi, İvanov stansiyanın yerləşdiyi rayona baş çəkib. Azərbaycanda hava kəskin şəkildə dəyişdiyi üçün baş nazirin müavini Qəbələyə vertolyotla deyil, avtomobillə yola düşüb. Nəticədə rayona səfər müddəti planlaşdırılan saat yarım yox, təxminən yeddi saat təşkil edib.

"Mən bu stansiyaya gəlməyə çox çalışırdım, buna görə də avtomobildə yeddi saatlıq yola davam gətirdim " -deyə İvanov stansiyanın şəxsi heyəti nə üz tutaraq bildirib. Baş nazirin müavini "Dəryal" RLS-nə ilk dəfədir gedir. O, analitik informasiya mərkəzinin rəisindən maraqlanıb ki, stansiyada həqiqi xidmətdə neçə əsgər qalıb və şəxsi heyətin hansı hissəsi müqaviləçilərdən ibarətdir.

Starostin bildirib ki, hazırda Qəbələ RLS-də yeddi əsgər həqiqi xidmətdədir. Bütün qalan hissə isə, onun sözlərinə görə, 80% hərbçi müqaviləçidir.

İvanov gələn il RLS-in həqiqi xidmətdə olan əsgərlərin qəbulundan imtina etməyə hazır olması ilə maraqlanıb. Starostin müsbət cavab verib.

Baş nazirin müavini RLS-də avadanlığın müasirləşdirilməsi probleminə xüsusi diqqət yetirib. Ona bildirilib ki, stansiyanın ayrı-ayrı qovşağının müasirləşdirilməsi plan üzrə həyata keçirilir.

RLS komandanlığı problemlərindən birini İvanovla bölüşüb. Starostinin sözlərinə görə, "Dəryal"ın yaxınlığında EÖX-nin keçməsi səbəbindən obyektlərin müşahidəsi zamanı bəzən maneələr yaranır.

"Bu məsələni həll edirik, mexanizm vardır" -deyə baş nazirin müavini bildirib. RİA Novosti bildirir ki, İvanov stansiyanın xüsusi fərqlənən hərbçilərinə mükafatlar və xatirə hədiyyələri təqdim edib.

Xəbər lenti

Xəbər lenti