...

Elmar Məmmədyarov: Dövlət departamenti nümayəndəsinin Azərbaycan qazının Ermənistana tədarükü barədə bəyanatı səhvdir

Siyasət Materials 25 Yanvar 2006 19:24 (UTC +04:00)
Elmar Məmmədyarov: Dövlət departamenti nümayəndəsinin Azərbaycan qazının Ermənistana tədarükü barədə bəyanatı səhvdir

ABŞ Dövlət departamenti nümayəndəsi Şon MakKormakın Azərbaycan qazının Ermənistana tədarükü barədə bəyanatı səhvdir və bunu ABŞ-ın Azərbaycandakı səfiri ilə danışıqlar da təsdiq edir. Trend bildirir ki, yanvarın 25-də jurnalistlərin suallarını cavablandıran AR XİN başçısı Elmar Məmmədyarov bu barədə bəyan edib.

"ABŞ-ın Bakıdakı səfiri (Rino Harniş - Trend ) qeyd edib ki, bu deyilənlər düzgün deyil və Şon MakKormak Gürcüstan əvəzinə Ermənistan deyib"-deyə E. Məmmədyarov qeyd edib.

Xatırladırıq ki, yanvarın 24-də Vaşinqtonda ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak (Sean McCormack) brifinqdə bəyan edib ki, Birləşmiş Ştatlar Gürcüstanın Azərbaycandan qaz almağa başlamasında rol oynayıb. "Hazırda Gürcüstan Azərbaycandan qaz Türkiyədən elektrik enerjisi alır, həmçinin Erməistana qaz tədarükü ilə bağlı fasilə yaranmışdı, eləcə də Azərbaycan qazı Ermənistana verilir" -deyə bundan öncə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti