...

Ukraynada keçiriləcək parlament seçkisi ilə bağlı MSK-ya dəvət gəlməyib

Siyasət Materials 26 Yanvar 2006 12:07 (UTC +04:00)

Bu il martın 26-da Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanın Mərkəzi Seçki Komissiyasına müraciət edilməyib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

O bildirib ki, seçki günü yaxınlaşan ərəfədə Ukrayna hökuməti tərəfindən dəvət gələ bilər. Bu il 13 mayda Azərbaycanda keçiriləcək təkrar seçkilərin müşahidəsinə gəldikdə isə, Rövzət Qasımov deyib ki, xarici dövlətlərə bununla bağlı dəvəti Xarici İşlər Nazirliyi göndərəcək. Bundan sonra xarici müşahidəçilər Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcək.

Xəbər lenti

Xəbər lenti