...

Pənah Hüseyn: "AŞPA nümayəndə heyətinə daxil edilməyimiz barədə məlumatlar əsassızdır"

Siyasət Materials 26 Yanvar 2006 12:18 (UTC +04:00)

"Mənim və ya "Azadlıq" blokundan parlamentə seçilmiş digər deputatların Avropa Şurası Parplament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə salınması barədə yayılmış məlumatlar əsassızdır". Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" blokundan olan millət vəkili Pənah Hüseyn bildirib.

O qeyd edib ki, özü və blokdan olan digər deputatlar parlamentin işində iştirak etmədikləri üçün AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilmələri real görünmür: "Çünki bizim parlamentin iclaslarında iştirak edib-etməyəcəyimiz hələ ki açıq qalıb. Əgər parlamentə getmək qərarını versək, iclaslara qatılsaq, onda nümayəndə heyətinə bizdən kiminsə daxil edilməsi normal haldır və istisna da edilmir. Amma hazırda mənə bu barədə heç bir məlumat verilməyib" - deyə P.Hüseyn bildirib.

O əlavə edib ki, özünün parlamenti boykot etmək, yaxud iclaslara qatılmaqla bağlı mövqeyini "Azadlıq" blokunun bu barədə qərarından sonra açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti