...

AB-nin xüsusi nümayəndəsi Bakıda son görüşlərini keçirir

Siyasət Materials 26 Yanvar 2006 13:03 (UTC +04:00)

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye yanvarın 26-da Bakıya gəlib. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İki gün ərzində o, Azərbaycan rəhbərliyi ilə AB və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparacaq. Eyni zamanda "Avropa qonşuluq siyasəti" təşəbbüsünün həyata keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu istiqamətdə AB-nin rolu ilə bağlı məsələlər də nəzərdən keçiriləcək.

Cənubi Qafqaz ölkələrinə bu səfəri H.Talvitiye üçün AB-nin xüsusi nümayəndəsi kimi regiona sonuncu səfəridir. Bundan əvvəl isə o, Gürcüstana səfər edib.

AR XİN-dən verilən məlumata görə, yanvarın 26-da günün birinci yarısında H.Talvitiyenin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti