...

Mirvari Qəhrəmanlı: "Avropa Şurasında parlament seçkiləri ilə bağlı müxalifətin dinləmələrdə iştirakı o qədər də vacib deyil"

Siyasət Materials 26 Yanvar 2006 14:33 (UTC +04:00)

"Avropa Şurasının Alt Komitəsində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı dinləmələrə dəvət alan QHT rəhbərlərinin və müxalifət liderlərinin iştirakı o qədər də vacib deyil". Bu barədə Trend ə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Onu da qeyd edək ki, yanvarın 26-da Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, Demokratiya İnkişaf Fondunun rəhbərləri Murad və Rəna Sadətdinovlar sözügedən dinləmələrə qatılacaq.

M.Qəhrəmanlı onu da bildirib ki, Avropa Şurası demokratiyanın inkişafına təkan vermək əvəzinə təzadlı məqamlar ortaya qoyur: "Mənə elə gəlir ki, müxalifətdən olan nümayəndələr və QHT rəhbərləri Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələrdə iştirak etsələr daha yaxşı olardı. Parlament seçkilərinin nəticələri artıq bu və ya digər şəkildə beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu məsələ ilə bağlı müzakirələr indiki məqamda o qədər əhəmiyyət daşımır".

Hüquq müdafiəçisi onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin Avropa Şurası qarşısında qaldırılması üçün Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ilə bağlı edilən çıxışlar da qəbuledilməzdir.

Xəbər lenti

Xəbər lenti