...

Bu gün AŞ PA-da Azərbaycanda seçkilərlə bağlı vəziyyətə dair dinləmələr keçiriləcək

Siyasət Materials 26 Yanvar 2006 16:40 (UTC +04:00)

Yanvarın 26-da günün ikinci yarısında Strasburqda Azərbacanda seçkilərlə bağlı vəziyyətə dair dinləmələr keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞ PA-dakı parlament missiyasının rəhbəri Səməd Seyidov məlumat verib.

Dinləmələr AŞ PA-nın qış sessiyası çərçivəsində plenar iclasda deyil, ayrıca keçiriləcək. Dinləmələrdə Azərbaycanın müxalifət partiya və QHT nümayəndələri iştirak edəcək. Hakim "Yeni Azərbaycan" partiyasını isə Milli Məclisin vitse spikeri Bahar Muradova təmsil edəcək. Müzakirələrdə Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin də iştirakı gözlənilir.

Ölkədə keçirilmiş 2005-ci il 6 noyabr parlament seçkilərinin nəticələri və may ayında bəzi seçki dairələrində keçiriləcək təkrar seçkilərə dair müzakirələrin aparılması gözlənilir. S.Seyidov qeyd edib ki, bu, AŞ PA-nın qış sessiyası çərçivəsində Azərbaycanla bağlı sonuncu tədbir olacaq.

AŞ PA-dakı parlament nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib ki, yanvarın 27-də sessiyada assambleyanın iqtisadi komitəsinin nümayəndəsi kimi Avropa regionundan kənarda iqtisadi vəzziyətə dair məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti