...

Təkrar seçkidə iştirak edən hər bir namizədə təbliğat üçün 1 milyon manat ayrılacaq

Siyasət Materials 26 Yanvar 2006 16:54 (UTC +04:00)

Bu il mayın 13-nə təyin olunmuş təkrar parlament seçkilərində iştirak edəcək namizədlərin hər birinə təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən bir milyon manat (köhnə pulla) ayrılacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Vidadi Mahmudlu məlumat verib.

Qeyd edək ki, ötən il 6 noyabrda keçirilmiş parlament seçkisində iştirak edən hər bir namizədə bir milyon manat verilmişdi. Vidadi Mahmudlu təkrar seçkidə də eyni sayda vəsait ayrılmasının nəzərdə tutulduğunu deyib. Həmçinin MSK katibinin sözlərinə görə, bu rəqəmdə dəyişiklik olacağı da istisna deyil. V.Mahmudlu əlavə edib ki, əvvəlki seçkidə olduğu kimi, təkrar seçkidə də seçicilərin etibarlı səslərinin 3 faizdən azını toplayan namizədlər seçkidən sonra həmin vəsaiti dövlət büdcəsinə geri qaytarmalıdır.

Vidadi Mahmudlu onu da bildirib ki, ötən seçkidə 3 faizdən az səs toplayan 1240 nəfər namizəd barəsində Dairə Seçki Komissiyaları tərəfindən məhkəmələrə şikayətlər verilib. Məhkəmələrdə hər namizəd barəsində şikayətə ayrılıqda mülki mühakimə icraatı qaydasında baxılacaq. Əgər məhkəmələr pulların dövlət büdcəsinə geri qaytarılması barədə qətnamə çıxarsa, bu qərar məcburi qaydada icraya yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti