...

Azərbaycanın İspaniyadakı səfiri Kataloniya muxtariyyətinə səfər edib

Siyasət Materials 26 Yanvar 2006 18:05 (UTC +04:00)

Azərbaycanın İspaniya Krallığındakı səfiri Məmməd Əliyev İspaniyanın inkişaf etmiş bölgələrindən olan Kataloniya muxtariyyətinə səfər edib. Trend "AzərTAc"-a istinadən xəbər ki, muxtariyyətin prezidenti Paskal Maraqall Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi strateji layihələr həyata keçirdiyini, sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirərək, rəsmi Bakı ilə iqtisadi əlaqələr yaratmaqda maraqlı olduqlarını diqqətə çatdırıb. P.Maraqall Azərbaycan prezidenti İlham Əliyevin İspaniyaya səfəri zamanı Barselonada da olacağına ümid etdiklərini deyib.

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, İspaniyanın ən böyük banklarından olan "Caixa"nın rəhbəri Xuan Antonio Samaranç səfirlə görüşündə Avropada siyasət və idman aləmində böyük nüfuza sahib olan Prezident İlham Əliyevin ölkə başçısı seçildikdən sonra Milli Olimpiya Komitəsinə rəhbərliyini davam etdirməsinin düzgün qərar olduğunu deyib.

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan X.A.Samaranç, Prezident İlham Əliyevə ən səmimi salamlarını çatdırmağı səfirdən xahiş edib. O, Barselonada dövlətimizin başçısı İlham Əliyevlə görüşə biləcəyinə inandığını bildirib.

Barselona Bələdiyyəsinin sədri Xuan Klos Metyu ilə görüşdə səfir M.Əliyev Bakı ilə Barselona arasında birbaşa iqtisadi, mədəni əlaqələrin yaradılması üçün onların "qardaşlaşmış şəhərlər" olmasının faydalılığını önə çəkib.

Təklifi yüksək qiymətləndirən X.K.Metyu Bakının Avropa böyük şəhərlər birliyinə üzv olmasını dəstəkləyəcəklərini deyib.

Xəbər lenti

Xəbər lenti