...

Parlamentin müxalifətçi deputat qrupu spikerlə görüşmək niyyətindədir

Siyasət Materials 27 Yanvar 2006 11:14 (UTC +04:00)

"Milli Məclisdə müxalifətçi millət vəkillərindən ibarət qrupun spiker Oqtay Əsədovla görüşmək üçün yanvarın əvvəllərində etdiyi müraciətə hələ cavab verilməyib". Bu barədə Trend ə adıçəkilən qrupun üzvlərindən olan Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu qeyd edib ki, spikerlə görüşməkdə məqsədləri Mərkəzi Seçki Komissiyasının formalaşdırılması və müxalifət qrupunun parlamentdə gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparmaqdır: "Qrupun koordinatoru millət vəkili İqbal Ağazadə adımızdan spikerə müraciət etsə də, cavab yoxdur. Amma biz onunla görüşməkdə israrlıyıq".

Qeyd edək ki, parlamentdə yaradılan müxalifət qrupuna 5 millət vəkili - İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, Aynur Quliyeva, Qüdrət Həsənquliyev və Sabir Rüstəmxanlı daxildir.

Xəbər lenti

Xəbər lenti