...

Hacı Əbdül təkrar seçkilərə qatılacaq

Siyasət Materials 27 Yanvar 2006 11:18 (UTC +04:00)

"Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə Hacı Əbdülün özü bildirib.

H.Əbdül qeyd edib ki, namizədliyini verəcəyi dairəni hələ müəyyənləşdirməyib: "Yaxın gələcəkdə qəti qərara gələcəm". Qeyd edək ki, 2005-cı il 6 noyabr parlament seçkilərində H.Əbdülün namizədliyi dini fəaliyyətinə görə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunmuşdu. Bununla bağlı Hacı müxtəlif instansiyalara müraciət etmişdi.

H.Əbdül ümidvar olduğunu bildirib ki, bu məsələ təkrar seçkilərdə bir daha təkrarlanmayacaq.

Onu da bildirək ki, H.Əbdül həm də Sosialist Liberal Partiyasının sədridir. Onun dediyinə görə, rəhbərlik etdiyi partiyadan təkrar seçkilərə qatılan olmayacaq.

Xəbər lenti

Xəbər lenti