...

Avropa Birliyi Azərbaycanın "Avropa Qonşuluq Siyasəti" çərçivəsində hazırladığı fəaliyyət planının müzakirəsində maraqlıdır

Siyasət Materials 27 Yanvar 2006 12:26 (UTC +04:00)

Avropa Birliyi Azərbaycanın "Avropa Qonşuluq Siyasəti" çərçivəsində hazırladığı fəaliyyət planının müzakirəsində maraqlıdır. Trend in XİN-in mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə AB-nin Cənubi Qafqazdakı nümayəndəsi Heyki Talvitye xarici işlər naziri Elmar Məmmədyarovila görüşü zamanı bəyan edib. H.Talvitiye bəyan edib ki, Avropa Birliyi Azərbaycanın Avropa institutlarına inteqrasiyası və bu sahədə münasibətlərin inkişafı siyasətini dəstəkləyir.

Görüşdə beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə apardığı danışıqlarla bağlı geniş fikir mübadiləsi aparılıb. E.Məmmədyarov yanvarın 18-19-da Londonda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla keçirdiyi görüş barədə məlumat verib, Azərbaycanın nizamlanma ilə bağlı rəsmi mövqeyini izah edib. O, problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, Azərbaycan Konstitusiyasına müvafiq həll olunmasının vacibliyini vurğulayıb.

H.Talvitye Avropa Birliyinin münaqişənin həllində və nizamlanmadan sonrakı bərpa prosesində bilavasitə iştiraka hazır olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti