...

Gürcüstanın dövlət naziri Georgi Xaindrava Bakıya səfər edəcək

Siyasət Materials 27 Yanvar 2006 12:43 (UTC +04:00)
Gürcüstanın dövlət naziri Georgi Xaindrava Bakıya səfər edəcək

Gürcüstanın dövlət naziri əhalinin repatriasiyası məsələləri üzrə Komissiyanın sədri Georgi Xaindrava yanvarın 29-da Bakıya gələcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bakıda olduğu 2-3 gün ərzində G.Xaindrava Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparacaq. Yanvarın 30-da dövlət nazirinin gəlişi münasibətilə Gürcüstanın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti