...

Avropa Birliyinin nümayəndəsi Heyki Talvitiye müxalifət liderləri ilə görüşüb

Siyasət Materials 27 Yanvar 2006 14:25 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiye yanvarın 27-də müxalifət liderləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət iştirak ediblər.

Görüş barədə məlumat verən Lalə Şövkət bildirib ki, Heyki Talvitiye ilə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratik prinsiplər və insan haqları, Azərbaycanla Avropa Birliyinin əməkdaşlığı, ölkəmizin bu quruma inteqrasiyası, Dağlıq Qarabağ probleminin həlli və digər məsələləri müzakirə ediblər. Həmçinin müxalifət liderləri son parlament seçkiləri ilə bağlı öz mövqelərini də diqqətə çatdırıblar.

"Mən belə hesab edirəm ki, Dağlıq Qarabağ məsələsinin təfərrüatına toxunmadılar. Ola bilər ki, bu məsələ ilə bağlı planlar qapalı saxlanılır. Biz öz mövqeyimizi bildirdik ki, yalnız Azərbaycanın ərazi bütövlüyü qorunmaq şərti ilə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Qarabağ problemi hazırda Azərbaycanın Avropa birliyinə inteqrasiyasına da mane olur. Biz həm müxalifət, həm də iqtidar olaraq ölkəmizin Avropa Birliyinə daxil olması istiqamətində işlər görməli və əsas diqqəti buna yönəlməliyik"-deyə Lalə Şövkət vurğulayıb.

Xəbər lenti

Xəbər lenti