...

AMİP aprelin son on günündə qurultay keçirəcək

Siyasət Materials 27 Yanvar 2006 14:34 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin son on günündə növbəti qurultayını keçirəcək. Trend xəbər verir ki, yaxın günlərdə qurultaya nümayəndələrin seçilməsi ilə bağlı rayon təşkilatlarında toplantılar keçiriləcək.

Partiyanın rayon təşkilatlarının toplantılarının keçirilməsi və növbəti qurultaya nümayəndələrin seçilməsi ilə bağlı təlimat hazırlanıb, siyasi Şura tərəfindən təsdiq olunandan sonra həyata keçiriləcək. Qeyd edək ki, partiyanın yanvarın 22-də keçirdiyi fövqəladə qurultayda 63 rayon təşkilatı iştirak edib. Eyni tarixdə Ə.Əliyevin keçirdiyi qurultaya isə 6 rayon təşkilatının sədri qatılıb.

Xəbər lenti

Xəbər lenti