...

Lalə Şövkət: "Müxalifətin yeni siyasi blokunun yaradılması müzakirə obyektidir"

Siyasət Materials 27 Yanvar 2006 16:10 (UTC +04:00)

Müxalifətin yeni siyasi blokunun yaradılması ilə bağlı partiya liderləri arasında danışıqlar aparılır. Bu barədə Trend ə Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət məlumat verib.

O, bildirib ki, yeni siyasi qurumun yaradılması və bir sıra iri partiyaların, müxalifət liderlərinin orada birləşməsi hazırda müzakirə obyektidir: "Mən həmişə müxalifətin birliyinin tərəfdarı olmuşam. Amma hesab edirəm ki, bu birlik üçün müxalifətçi qüvvələrin mövqeləri bir-birinə uyğun gəlməli və onlar arasında qarşılıqlı səmimiyyət olmalıdır. Yalnız bu halda birliklər uzunömürlü ola bilər"-deyə Lalə Şövkət vurğulayıb.

Milli Birlik Hərəkatı liderinin sözlərinə görə, hələ müzakirələr davam etdirildiyi üçün yeni siyasi blokun yaradılmasının konkret vaxtı məlum deyil.

Xəbər lenti

Xəbər lenti