...

Naxçıvan Muxtar Respublikasının rabitə idarələrində 547 milyon 150 min manat debitor borcü yaranıb

Siyasət Materials 27 Yanvar 2006 16:16 (UTC +04:00)

Ötən il Naxçıvan Muxtar Respublikasının rabitə idarələrində 547 milyon 150 min manat debitor borcü yaranıb. Bu sözlər Naxçıvan Muxtar Respublika Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin kollegiya iclasında səslənib. Muxtar Respublika tarixində ilk dəfə olaraq canlı televiziya yayımının təşkil olunmasını, TAE optik magistralı üzərində 3 ədəd 2 mvs-lik kanalının istifadəyə verilməsi, paytaxtdakı "Alqapen S-12" stansiyasının tutumununun 2032 nömrəyə çatdırılmasını əldə olunan uğur kimi qəbul edilib. NMR Rabitə və İnformasiya texnologiya Nazirliyində keçirilən kollegiya iclasında nazir Rüstəm Məmmədov 2005-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsində ötən il "Elektron-Naxçıvan":problemlər və həlli" mövzusundakı elmi-praktik konfransın, eləçəcə də Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirlər planına uyğun beynəlxalq seminarın keçirilməsinin Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyalarının daha surətlə inkişafına yol açdığını deyib.

Ötən il xətt təsərrüfatında təmir və yeni çəkilişlərin aparılması üçün 229 km uzunluğunda müxtəlif tutumlu kabel alınması işin səmərəliliyini artırıb.

Keçən il poçt sahəsində də bir sıra uğurlar əldə olunub.Abunə yazılışından əldə olunan gəlirlər ümumilikdə 686 milyon manata çatıb. Maniqramların qəbulu və göndərilməsində 224 milyon manat vəsait yığılıb. İclasda yol verilən nöqsan və çatışmazlıqlar da təmin edilib. Ötən il rabitə idarələrində 57 milyon 150 min manat debitor borcu yaranıb.

Kollegiya iclasında çıxış edən NMR Ali Məclisin iqtisadiyyat şöbəsinin müdiri Şükür Babayev də uğurları qeyd etməklə, nöqsan və çatışmazlıqlardan da ətraflı danışıb . Nöqsanların qısa zamanda aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti