...

Abşeron rayon Məhkəməsində seçkilərdə 3 faizdən az səs toplayan namizədlərin məhkəmə prosesi başlayıb

Siyasət Materials 27 Yanvar 2006 17:05 (UTC +04:00)

"Seçki Məcəlləsinə uyğun olaraq təbliğat üçün götürdüyüm 1 milyon manatı geri qaytarmayacam". Bu barədə Trend ə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd "Bizim Azərbaycan" blokunun sədri, İslam Demokrat Partiyasının lideri Tahir Abbas bildirib.

Qeyd edək ki, MSK seçkilərdə 3 faizdən az səs toplayan, lakin dövlətin ayırdığı 1 milyon manatı geri qaytarmayan 500 namizədin barəsində məhkəməyə müraciət edib. Yanvarın 27-də Abşeron rayon Məhkəməsində 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən seçkilərdə 3 faizdən az səs toplayan deputatlığa namizədlərin məhkəmə prosesi başlayıb.

İlk çağırış İslam Demokrat Partiyasının sədri Tahir Abbaslıya gəlsə də səhhəti ilə bağlı olaraq prosesə getməyib: "Bizim seçki dairəsində 20 namizəd 3 faizdən az səs toplayıb. Onlardan 3-4-ü məlum məbləği geri qaytarıb. Mən məhkəmənin növbəti iclasına gedəcəm, amma pulu geri qaytarmayacam".

Partiya sədri bildirib ki, namizədliyini verdiyi seçki dairəsinin nəticələri ləğv olunub: "Belə olan halda biz məhkəməyə niyə verilməliyik?". Qeyd edək ki, məhkəmə iclasına hakim Rasim Ağayev sədrlik edir.

Xəbər lenti

Xəbər lenti