...

Region bələdiyyələri Almaniya Texniki Əməkdaşlıq Jəmiyyətinin diqqət mərkəzindədir

Siyasət Materials 27 Yanvar 2006 17:42 (UTC +04:00)

Bələdiyyələr (xüsusən bölgələri əhatə edən) Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf haqqında Dövlət Proqramının və regionların inkişafınınuğurla həyata keçirilməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan Almaniya Texniki Əməkdaşlıq Jəmiyyətinin (ATƏJ) beynəlxalq təşkilatı "Yerli idarəetmənin inkişaf etdirilməsi" layihəsi çərçivəsində Qazax-Tovuz-Gədəbəy-Ağstafa rayonlarının hər bir bələdiyyəsində "Bələdiyə əlaqələndirmə Şuraları"nın yaradılmasına start verib. Bu Şuralar Tovuz rayonu üzrə 64, Gədəbəy rayonu üzrə 44, Ağstafa rayonu üzrə 23 və Qazax rayonu üzrə 24 bələdiyyədən təşkil olunub. Qeyd olunan layihəyə müvafiq olaraq Bələdiyyə Əlaqələndirmə Şuralarına daxil olan bələdiyyələrin 155 nümayəndəsi idarəetmə, layihələrin yazılması və idarəolunma mövzularında keçirilən təlimlərə qatılıb. Eyni zamanda, layihə çərçivəsində yerli bələdiyyələr tərəfindən qısa bir dövrdə (son 6 ay ərzində) Qazax rayonu rayonu üzrə 12, Gədəbəydə 13, Tovuz rayonunda 15, Ağstafa rayonu üzrə 14 sosial-iqtisadi
infrasturuktur mikro layihələr işlənərək həyata keçirilib.

Sözü gedən təşkilat 2006-cı ilin mart-aprel aylarından qərb bölgəsinin digər rayonlarında bələdiyyələrin yerli əlaqələndirmə şuralarının yaradılması işlərini davam etdirəjək.

Qeyd edək ki, ATƏJ layihəsinin ilk mərhələsini Xızı-Siyəzən-Dəvəçi rayonlarına daxil olan 44 kənd bələdiyyəsində həyata keçirib.

Xəbər lenti

Xəbər lenti