...

Yaxın vaxtlarda Ali Məhkəmənin yeni binasının inşasına başlanılacaq

Siyasət Materials 27 Yanvar 2006 18:14 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni binasının inşasına başlanılacaq. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

"Artıq tender müsabiqəsi yekunlaşıb və qalib gələn şirkət bəllidir. Ali Məhkəmənin yeni binasının Xətai rayonu, Yusif Səfərov küçəsində, fəaliyyəti çoxdan dayanmış 28 May zavodunun ərazisində inşa edilməsi nəzərdə tutulub. Hazırda tikinti ilə əlaqədar layihə smeta sənədləri hazırlanır. Məhkəmə Hüquq Şursasının növbəti iclaslarından birində bu məsələ müzakirəyə çıxarılacaq", - deyə C.Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti