...

Şahin Diniyev: Mən yeddi rəqibimizin olduğuna şadam

Siyasət Materials 28 Yanvar 2006 11:17 (UTC +04:00)
Şahin Diniyev: Mən yeddi rəqibimizin olduğuna şadam

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev Avropa - 2008 çempionatının seçmə turniri üzrə püşkatmanın nəticələrindən ümumilikdə razı qalıb.

Məşqçinin Trend ə verdiyi məlumata görə, "A" qrupunda kifayət qədər möhkəm komandalar toplanıb. Lakin onun yetirmələrinin əsas vəzifəsi ixtisaslaşmış yarışda maksimum miqdarda xal toplamaqdır.

"Hələ Montreyə səfərə qədər mən bizim qrupda mümkün qədər çox komandaların olmasını istədiyimi demişdim. Bu nöqteyi-nəzərdən, mən bizim 7 rəqibimizin olmasına şadam. Konkret orəqiblərə gəldikdə isə, üşünürəm ki, yalnız görüşlərin başa çatmasından sonra püşkün bizim üçün nə dərəcədə uğurlu olub-olmadığını demək olar", - deyə hakim bildirib.

Xatırladaq ki, Azərbaycan Portuqaliya, Polşa, Serbiya, Belçika, Ermənistan və Qazaxıstanla bir qrupa düşüb.

Xəbər lenti

Xəbər lenti