...

MSK katibi: "Təkrar seçkilərlə əlavə seçkilərin eyni vaxtda keçirilməsi mümkündür"

Siyasət Materials 28 Yanvar 2006 13:28 (UTC +04:00)

Parlamentə təkrar seçki ilə əlavə seçkilər bu il eyni vaxtda keçirilə bilər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, bu il mayın 13-də 10 seçki dairəsi üzrə parlamentə təkrar seçkilər keçiriləcək. Deputat mandatından imtina edən millət vəkillərinin seçildiyi dairələr üzrə isə qanunvericiliyə uyğun olaraq əlavə seçkilər keçirilməlidir. Natiq Məmmədov deyib ki, təkrar seçkidə olduğu kimi, əlavə seçkilərin təyin olunması məsələsi də ölkə prezidentinin səlahiyyətlərinə aiddir. Prezident əlavə seçkiləri həm təkrar seçki ilə eyni günə, həm də başqa bir vaxta təyin edə bilər.

"Konstitusiyanın tələbinə görə, parlament seçkisi Milli Məclisin fəaliyyət müddətinin başa çatmasına 125 gün qalmış təyin olunur. Parlament seçkisi Referendumla, prezident, yaxud bələdiyyə seçkisi ilə eyni günə salına bilməz. Amma eyni xarakterli seçkilərin bir yerdə keçirilməsi mümkündür"-deyə MSK katibi bildirib.

Xəbər lenti

Xəbər lenti