...

Ədliyyə Naziliyində müşavirə keçiriləcək

Siyasət Materials 28 Yanvar 2006 13:30 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə müşavirə keçiriləcək. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

Müşavirə ötən ilin yekunlarına həsr olunacaq. Ötən il ərzində həyata keçirilmiş islahatlar, görülmüş işlər barədə Nazirliyin müvafiq idarə və şöbə rəislərinin hesabatları dinləniləcək. Müşavirədə həmçinin həmin idarə və şöbələrin birillik fəaliyyəti qiymətləndiriləcək.

"Müşavirədən sonra isə hesabat kütləvi informasiya vasitələrində işıqlandırılacaq", - deyə A.Ağazadə bildirib.

Xəbər lenti

Xəbər lenti