...

Gürcüstan Azərbaycan vasitəsilə İrandan qaz almağa başlayıb

Siyasət Materials 30 Yanvar 2006 12:49 (UTC +04:00)
Gürcüstan Azərbaycan vasitəsilə İrandan qaz almağa başlayıb

Gürcüstan yanvarın 29-dan Azərobaycan vasitəsilə İrandan qaz almağa başlayıb. Saatda təxminən 93 min m3 (sutkada 2,2 mln m3-dən çox) qaz nəql olunur. Bu barədə Trend ə "Azəriqaz" QSC dən bildirilir. Bundan başqa Gürcüstan sutkada 2 mln m3 Azərbaycan qazı almaqda davam edir.

Bu gün Bakıda Gürcüstana İran qazının verilməsinin şərtləri ilə bağlı üçtərəfli Azərbaycan-Gürcüstan-İran danışıqları aparılacaq. Danışıqlar zamanı tədarükün həcmi və tarifi, həmçinin, tərəflər arasında ödəmə və qarşılıqlı hesablaşma variantlarının müzakirəsi nəzərdə tutulub. Bu barəıdə "Azəriqaz"dan bildirilib.

Sənaye və energetika nazirliyinin nümayəndələrinin qeyd etdiyi kimi, Gürcüstan tərəfi Azərbaycandan onun NMR-in təmin olunması üçün İrana verdiyi qazı almaq niyyətindədir. Keçən ilin sonundan Azərbaycan İrana bu ölkənin NMR-ə tədarük etdiyi qazın əvəzinə qaz tədarük edir. Gürcüstan bu qazı üçtərəfli razılaşma əsasında almaq niyyətindədir. Bundan başqa İrandan Azərbaycana və daha sonra Gürcüstana qaz tədarükü üçün sərhəddə qaz kəmərinin reversini həyata keçirmək imkanı da mövcuddur. Azərbaycanın qaz xətləri texniki cəhətdən Gürcüstana sutkada 2 mln m3 qaz nəq edə bilər.

Rusiyanın "Qazprom" şirkətinin məlumatına əsasən, "Şimali-Qafqaz-Zaqafqazya" magistral qaz kəmərində təmir-bərpa işləri başa çatıb. Qəzanın nəticələri "Qazprom" MMC-nin törəmə müəssisəsi "Qafqaztarnsqaz" tərəfindən tamamilə aradan qaldırılıb

Xəbər lenti

Xəbər lenti