...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb

Siyasət Materials 30 Yanvar 2006 13:05 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycanın prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının 14-cü ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənib.

Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Vətən harayı" abidəsinə, həmçinin, Naftalandakı abidəyə əklillərin qoyulması, Şəhidlər Xiyabanına baş çəkilməsi, yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransının keçirilməsi planlaşdırılır. Bundan başqa şəhər və rayonlarda, müəssisələrdə, orta və ali təhsil məktəblərində xatirə gecələri, sərgilər, hadisənin şahidləri ilə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər göstəriləcək.

Dövlət orqanları rəhbərlərinin, Milli Məclis deputatlarının, rayon və şəhər ziyalılarının iştirakı ilə şəhid alilələrinə yardım göstəriləcək. Fevralın 24-də təhsil müəssisələrində birinci dərs Xocalı soyqırımana həsr olunacaq, fevralın 26-da saat 17:00-da isə bütün respublika ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Azərbaycanın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində soyqırımla bağlı mətbuat konfransları, anma mərasimləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti