...

Strasburqda "Kiyev təşəbbüsü" ölkələri nümayəndələrinin birinci görüşü keçirilir

Siyasət Materials 30 Yanvar 2006 13:51 (UTC +04:00)

Yanvarın 30-da Strasburqda "Kiyev təşəbbüsü" ölkələri nümayəndələrinin birinci görüşü başlayıb. Trend in Avropa Şurası katibliyinə istinadən xəbər verdiyi kimi, ikigünlük iclasda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın mədəniyyət siyasəti sahəsinin və mədəni irs sektorlarının rəsmi nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, "Kiyev təşəbbüsü" AŞ-nin dəstəklədiyi və adları çəkilən dövlətlərdə demokratik mədəni vətəndaşlığın və mədəniyyətlərarası anlayışın inkişafına yönəldilən layihədir.

Xatırladaq ki, AŞ-nin baş katibinin müavini Mod de Bur-Bukikkio 2005-ci il dekabrın əvvəlində Brüsseldə keçirilmiş "Avropa üçün mədəni irsin əhəmiyyəti" adlı forumda bəyan edib ki, AŞ-də "Kiyev təşəbbüsü" adlı fəaliyyət planı işlənib hazırlanır. "Biz bu ölkələrdə sabit inkişafa, demokratik vətəndaşlığa və mədəniyyətlərarası qarşılıqlı anlaşmaya şərait yaradan yeni siyasi strategiyaların inkişafını dəstəkləməyə səy göstəririk", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti