...

Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası öz işinə başlayıb

Siyasət Materials 30 Yanvar 2006 15:22 (UTC +04:00)

Yanvarın 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası öz işinə başlayıb. Trend məlumat verir ki, iclasda daxili işlər naziri Ramil Usubov hesabatla çıxış edib.

Nazir çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 30 iyun 2004-cü il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramının yerinə yetirilməsi sahəsində ötən il tədbirlər uğurla həyata keçirilib.

"Şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə, əmək haqlarının artırılması işinin davamı olaraq Prezidentin 31 avqust 2005-ci il tarixli 986 saylı Sərəncamına əsasən DİN-in bəzi qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşları orta hesabla 5-6 dəfə artırılıb. Həmçinin, müvafiq qanunla "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resrublikası Qanunu artıq bütün polis əməkdaşarına şamil edilərək şəxsi sığorta məbləği bir neçə dəfə çoxalmışdır".

Nazir dah sonra çıxışında qeyd edib ki, göstərilən Dövlət Proqramı son illər ərzində DİN sistemində müxtəlif təyinatlı yeni obyektlərin istismara verilməsi, bir çox obyektlərin isə əsaslı şəkildə yenidən qurulması da reallaşmışdır. Hesabat dövründə həmin məqsədlər üçün investisiya xərcləri hesabına ayrılmış 23,4 milyard manat maliyyə vəsaitindən balans dəyəri 17,3 milyard manat olan 12 obyekt istismara verilmiş, Miqrasiya xidmətinin inzibati binasının, xüsusi sığınacağın və Bərdədə hərbi hissənin tikintisi isə davam etdirilir.

"Bundan əlavə, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən Nazirliyin strukturunda Miqrasiya Xidməti, "Korrupsiyaya qarşı mübarizə üzrə" Dövlət Proqramına müvafiq olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri idarəsi, habelə Əli Bayramlı, Göyçay və Bərdə rayonlarında Pasport, Qeydiyyat İdarəsinin yeni regional şöbələri yaradılmışdır", - deyə nazir qeyd edib.

Nazir, həmçinin, görülmüş işlər sırasında DİN nəzdində daha bir sıra qurumların və xidmətlərin yaradıldığını da kollegiya iclası iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti