...

YAP MSK-ya göndərdiyi nümayəndələrini müəyyənləşdirib

Siyasət Materials 30 Yanvar 2006 15:46 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) öz nümayəndələrini artıq müəyyənləşdirib". Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

"Ancaq hələlik bu siyahını açıqlamırıq. Bu məsələ tam həllini tapdıqdan sonra YAP bu barədə rəsmi açıqlama verəcək" - deyən H.Paşayev onu da qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərlə bağlı partiya xətti ilə hələ heç kəs namizədliyini verməyib.

YAP rəsmisi bildirib ki, son məlumata görə yalnız partiyanın 5 üzvü müstəqil şəkildə təkrara seçkilərə qatılıb.

Xəbər lenti

Xəbər lenti