...

İlham Əliyev Tarya Halonenə yenidən Finlandiyanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 30 Yanvar 2006 16:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da Tarya Halonenə təbrik məktubu göndərərək onun yenidən Finlandiyanın prezidenti seçilməsi mnüasibətilə təbrik edib. Bu barədə Trend məlumat yayıb.

Məktubda həmçinin, bildirilir: "Bu gün Azərbaycanla Finlandiya arasında əlaqələr artan xətt üzrə inkişaf edir. Sizin ötən ilki səfəriniz zamanı imzalanan dövlətlərarası sənədlər ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi təkan verib. Ümidvaram ki, Azərbaycanla Finlandiya arasında dostluq münasibətlər bundan sonra da əməkdaşlıq məcrasında davam edəcək".

Qeyd edək ki, Finlandiyanın ilk qadın prezidenti olan Tarya Halonen ikinci 6 illik müddətə prezident seçilib. Prezident seçkilərinin ikinci turunda o, böyük fərqlə rəqibi, sağlardan olan namizəd, keçmiş maliyyə naziri Sauli Niinisteni arxada qoyub. Halonenə seçicilərin 51,8%- i, Niiniste isə 48,2% səs verib.

Xəbər lenti

Xəbər lenti