...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 30 Yanvar 2006 17:55 (UTC +04:00)

Yanvarın 30-da Mərkəzi Seçki Koimissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda təkrar seçkilərlə əlaqədar bəzi dairələr üzrə namizədliyin təsdiq edilməsi məsələsinə baxılıb.

MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov namizədliyini irəli sürən şəxslərin müraciətləri barədə məlumat veriblər. 9 saylı Binəqədi ikinci seçki dairəsindən 4 nəfərin, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 4 nəfərin, 110 saylı Zaqatala dairəsindən iki, 119 saylı Ağdam kənd seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Həmin şəxslərdən yalnız bir nəfər Ümid Partiyasının namizədidir, qalanlarının isə siyasi mənsubiyyəti göstərilməyib.

Xəbər lenti

Xəbər lenti