...

Azərbaycan prezidenti Katovitse şəhərində baş vermiş faciə ilə bağlı prezident Lex Kaçinskiyə başsağlığı verib

Siyasət Materials 30 Yanvar 2006 18:08 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da Polşa prezidenti Lex Kaçinskiyə Katovitse şəhərində sərgi mərkəzinin dam örtüyünün uçması nəticəsində böyük insan tələfatına səbəb olmuş faciə ilə bağlı başsağlığı verib.

Azərbaycan dövlət başçısının məktubunda xüsusilə qeyd olunur: "Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına öz adımdan və bütün Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, Polşada Katovitsedə baş vermiş faciə ilə bağlı üç günlük matəm elan edilib. 66 nəfərin həlak olduğu, 160 nəfərdən çox insanın isə yaralandığı bildirilir.

Xəbər lenti

Xəbər lenti