...

"Yeni Siyasət" seçki bloku təkrar seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib

Siyasət Materials 30 Yanvar 2006 18:31 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı Koordinasiya Şurasının yanvarın 30-da keçirdiyi toplantısında qərar qəbul edib. Bu barədə Trend ə adıçəkilən seçki blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının (AZH) lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev onu da qeyd edib ki, təkrar seçkilərə Koordinasiya Şurasının hər bir üzvü müstəqil şəkildə qatıla bilər. Toplantıda Avropa Şurasının parlament seçkiləri ilə bağlı Azərbaycana verdiyi rəyi kafi qiymətləndirilib: "Qərara alındı ki, Koordinasiya Şurası tərəfindən Seçki Məcəlləsində olan bəzi boşluqlarla bağlı Milli Məclisə, Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına təkliflər paketi ünvanlansın".

Blokun gələcək strateji fəaliyyət prinsiplərinin də müzakirə edildiyini deyən E.Quliyev bildirib: "Qərara alındı ki, Koordinasiya Şurasının üzvləri təkrar seçkilərdən sonra "Yeni Siyasət" seçki blokunun gələcəkdə siyasi hərəkat və yaxud da siyasi bloka çevrilməsi istiqamətində təkliflər paketi hazırlasınlar".

"Yeni Siyasət" seçki bloku tərəfindən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) hansı tərəfinin tanınması məsələsinə gəlincə E.Quliyev bildirib: "Bu məsələdə Ədliyyə Nazirliyinin qərarını gözləmək vacib bilindi. Eyni zamanda hansı tərəfin qurultayında partiyanın Siyasi Şurasının üzvlərinin daha çox iştirak etdiyinin araşdırılması məqsədəuyğun hesab edilib".

Xəbər lenti

Xəbər lenti