...

Məhkəmə Hüquq Şurasının toplantısında regionlarda apellyasiya məhkəmələrinin təşkili məsələsi müzakirə olunacaq

Siyasət Materials 30 Yanvar 2006 19:41 (UTC +04:00)

Məhkəmə Hüquq Şurasının yaxın günlərdə keçirilməsi planlaşdırılan toplantısında apellyasiya məhkəmələrinin təşkili işinə baxılacaq. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

Ədliyyə naziri, Məhkəmə-hüquq Şurasının rəhbəri Fikrət Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda həmçinin dövlət başçısının "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi" Fərmanından irəli gələn tələblər də müzakirə olunacaq.

İclasın işində həmçinin, bəzi məhkəmə hakimlərinin fəaliyyətlərinin qiymətləndirilməsi, Hakimlərin Seçki Komitəsinin hesabatının dinlənilməsi, vakant hakim yerlərinə seçilmək üçün imtahan vermiş və uğursuzluqla qarşılaşmış namizədlərin şikayətlərinin araşdırılması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti