...

Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı Brüsseldə keçiriləcək tədbirdə iştirak edəcək

Siyasət Materials 31 Yanvar 2006 12:27 (UTC +04:00)
Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı Brüsseldə keçiriləcək tədbirdə iştirak edəcək

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 24-də Brüsseldə Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edəcək. Bu barədə Trend ə Komitənin sədri Nazim İbrahimov açıqlama verib.

O bildirib ki, Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində soydaşlarımız anım tədbirləri keçirəcək və onların bir çoxunda Dövlət Komitəsinin əməkdaşları da iştirak edəcək. Nazim İbrahimov qeyd edib ki, Komitənin əməkdaşları Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunu da əldə edib dünyanın müxtəlif ölkələrində yayacaq. Dövlət Komitəsinin yardımı ilə Xocalı soyqırımına aid müxtəlif səpgili materiallar, fotofaktlar toplanılıb xarici ölkələrdə təşkil olunacaq anım tədbirlərində nümayiş etdiriləcək.

Nazim İbrahimov onu da deyib ki, Dünya Azərbaycanlılarının növbəti qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Yaxın zamanlarda qurultayın keçirilmə vaxtı təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti