...

YAP-ın MSK-da təmsil edəcəyi üzvlərinin siyahısı hələ müzakirəyə çıxarılmayıb

Siyasət Materials 31 Yanvar 2006 13:56 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasında təmsil edəcək üzvlərinin siyahısı hələ müzakirəyə çıxarılmayıb". Bu barədə Trend ə YAP icra katibinin müavini, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

B.Muradova onu da bildirib ki, bu məsələ ilə bağlı YAP-ın açıqlaması olmadığından parlament rəhbərliyi də bunu gündəmə gətirməyib. Parlamentin vitse-spikeri MSK-nın formalaşdırılması ilə bağlı növbədənkənar iclasının keçiriləcəyi ilə bağlı hələ parlament rəhbərliyində heç bir qərar olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti