...

Əli Əhmədov: "YAP-ın beynəlxalq təşkilatların tövsiyələrinə münasibəti müsbətdir"

Siyasət Materials 31 Yanvar 2006 14:25 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq təşkilatların tövsiyələrinə münasibəti müsbətdir. Trend xəbər verir ki, bu barədə YAP sədrinin müavini, partiyanın icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

"YAP olaraq biz özümüzü dünyaya inteqrasiya edən bir qurum sayırıq" - deyən Ə.Əhmədov inteqrasiyanın çox vacib cəhətlərindən birinin də qəbul olunmuş tövsiyələrə riayət etmək və mumkün dərəcədə onları həyata keçirməkdən ibarət olduğunu bildirib.

Avropa Şurası Parlament Assambleyasının indidən sonra ölkəmizə verdiyi tövsiylərin təhlil ediləcəyini deyən Ə.Əhmədov daha sonra bildirib: "O tövsiyələr ki, Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək, onda onların həyata keçirilməsinə çalışacağıq. Eyni zamanda Azərbaycan hökuməti hansı tövsiyələri ki, həyata keçirməyi mümkün hesab etmir, bununla bağlı əsaslandırılmış şəkildə öz münasibətini bildirəcək".

Xəbər lenti

Xəbər lenti