...

Sosial Rifah Partiyası təkrar seçkilərə qatılacaq

Siyasət Materials 31 Yanvar 2006 15:00 (UTC +04:00)

Sosial Rifah Partiyası (SRP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə SRP sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib.

X.Kazımlı bildirib ki, bu barədə qərar partiyanın Ali Məclisinin növbəti toplantısında rəsmiləşdiriləcək: "Təkrar seçkilərdə partiya, yoxsa üzvlərimizin müstəqil şəkildə iştirakı ilə bağlı qəti qərar qəbul etməmişik. Ancaq mənə elə gəlir ki, bunun fərqi yoxdur. Məqsədimiz təkrar seçkilərdə iştirak etməkdir".

SRP sədri onu da qeyd edib ki, təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin hamısınıda iştirak edə bilməsələr də bir nçəsində uğur əlde etmək niyyətindədirlər: "Bu məqsədlə üzvlərimizin hansı seçki dairələrində uğur qaza biləcəkləri barədə araşdırma aparırıq".

Xəbər lenti

Xəbər lenti