...

Novruz Məmmədov: "ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan prezidenti ilə fikir mübadiləsi aparacaq"

Siyasət Materials 31 Yanvar 2006 17:05 (UTC +04:00)

Regiona başlayan səfər zamanı ATƏT-in Minsk qrupu həmsədrləri özünün fəaliyyətinin nəticələrini, təşəbbüslərini və müxtəlif təkliflərini təqdim etməlidir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan Respublikası prezidentinin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ) və Bernar Fasyenin (Fransa) yanvarın 31-də Bakıya səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri fevralın ortalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirmək niyyətindədir. "Bu görüşə qədər özünün vasitəçi missiyasını yerinə yetirmək üçün həmsədrlərin səfəri tamamilə aydındır, yəni onlar prezidentlə fikir mübadiləsi aparmalıdır", - deyə N.Məmmədov qeyd edib.

O bildirib ki, həmsədrlər münaqişənin nizamlanması üzrə vasitəçi kimi dəfələrlə Ermənistan və Azərbaycan tərəfi ilə söhbət aparıb. "Həmsədrlər tərəflərin müəyyən aspektlərini öyrənərək onların mövqeyini yaxınlaşdırmağa çalışmalı və bu istiqamətdə iş aparmalıdır. Həmsədrlər zirvə görüşünədək regiona gəlmək, prezidentlə söhbət etmək və fikir mübadiləsi aparmaq istəyir", - deə şöbə müdiri sonda vurğulayıb.

Qeyd edək ki, Minsk Qrupu həmsədrləri Bakıya yanvarın 31-də gəlir, fevralın 1-də isə prezident İlham Əliyevlə məsləhətləşmələr apararaq Yerevana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti