...

İqbal Ağazadə Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

Siyasət Materials 31 Yanvar 2006 17:18 (UTC +04:00)

Yanvarın 31-də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı ofisinin ölkə üzrə rəhbəri Dallas Fraribi ilə görüş keçirib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, təkrar parlament seçkiləri, MSK-nın formalaşdırılması və partiya ilə İnstitutun əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

İqbal Ağazadə təkrar seçkidə Ümid Partiyasının iştirak edəcəyini deyib, partiyanın əsas prinsipləri və perspektivdə duran planları barədə məlumat verib. Dallas Frorib də partiyanın təkrar seçkilərlə bağlı mövqeyini müsbət qarşıladığını, Respublikaçılar İnstitutunun Ümid Partiyası ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti