...

MSK üzvü: "Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təkrar seçkidən sonra formalaşdırılacaq"

Siyasət Materials 31 Yanvar 2006 18:47 (UTC +04:00)

Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası (MSK) təkrar parlament seçikisindən sonra formalaşdırılacaq. Bu barədə Trend ə MSK üzvü Ənvər Əliyev açıqlama verib.

Qeyd edək ki, MSK-nın tərkibi parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələrindən və bitərəflərdən ibarət formalaşdırılır. Ənvər Əliyev bildirib ki, hazırkı parlament natamam olduğu üçün 13 mayda 10 dairə üzrə təkrar seçki keçiriləcək. Təkrar seçkidə bitərəf şəxslərlə bərabər siyasi parityalar da iştirak edir və onların namizədləri seçkidə qalib gələ bilər.

Belə olan halda təkrar seçkidə parlamentə seçilmiş partiyalar da yeni MSK-da təmsil olunmalıdır. "Ona görə mən hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılması təkrar seçkidən sonraya saxlanılacaq. Bu, həm də Avropa Şurasının tələbidir"-deyə MSK üzvü bildirib.

Xəbər lenti

Xəbər lenti