...

Ramiz Mehdiyev: "Seçki Məcəlləsi Azərbaycan Milli Məclisinin müzakirə mövzusu olmayacaq"

Siyasət Materials 1 Fevral 2006 10:49 (UTC +04:00)
Ramiz Mehdiyev: "Seçki Məcəlləsi Azərbaycan Milli Məclisinin müzakirə mövzusu olmayacaq"

"Seçki Məcəlləsi Azərbaycan Milli Məclisinin müzakirə mövzusu olmayacaq". Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin İcra aparatının rəhbəri Ramiz Mehdiyev bəyan edib.

"Məcəllədə bütün vacib məsələlər, o cümlədən seçki komissiyalarının formalaşması məsələsi də öz əksini tapıb. Bu məsələyə ali qanunverici orqanda baxılması zərurəti haqqında fikirlər formalaşmayıb", - deyə o qeyd edib. R.Mehdiyev onu da bildirib ki, SM Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

"Hazırkı SM gələcəkdə də Azərbaycanda demokratik seçkilərin keçirilməsinə tamamilə imkan verir", - deyə İcra aparatının rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti