...

Gələn həftə ərzində Azərbaycanın Rusiyadakı yeni səfiri Moskvaya yola düşəcək

Siyasət Materials 1 Fevral 2006 11:21 (UTC +04:00)

"Gələn həftə ərzində Azərbaycanın Rusiyadakı yeni səfiri Moskvaya yola düşəcək". Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Polad Bülbüloğlunun özü məlumat verib.

Səfir qeyd edib ki, onun fəaliyyətinin prioritet məsələlərindən biri Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı olacaq. "Cari ildə Azərbaycanda Rusiya ili keçiriləcək. Fevralda isə RF prezidenti Vladimir Putinin Bakıya səfəri gözlənilir. Mənim vəzifəm böyük məsuliyyət tələb edir. Mən Azərbaycanı və Azərbaycan xalqını layiqincə təmsil etməyə çalışacam", - deyə o qeyd edib.

"Bu gün Rusiyanın müxtəlif şəhərlərində çoxlu sayda diasporlar fəaliyyət göstərir, lakin onlar arasında qarşılıqlı əlaqə aşağı səviyyədədir. Mənim qarşımda duran birinci dərəcəli vəzifə Rusiyada Azərbaycan diasporunu tamamilə möhkəmləndirməkdir", - deyə P.Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, son illər ərzində ikitərəfli əlaqələrin səviyyəsi çox yüksək olub. Çoxlu sayda tədbirlər keçirilib və bu tendensiya saxlanılmalıdır.

Xəbər lenti

Xəbər lenti