...

Mehriban Əliyevaya "İlin adamı" mükafatı təqdim olunub

Siyasət Materials 1 Fevral 2006 12:30 (UTC +04:00)
Mehriban Əliyevaya "İlin adamı" mükafatı təqdim olunub

Trend in xəbər verdiyi kimi, yanvarın 31-də ANS şirkətlər qrupu və Milli qəhrəman Çingiz Mustafayev adına Fond tərəfindən parlamentin deputatı, H.Əliyev adına Fondun prezidenti Mehriban Əliyevaya "İlin adamı" mükafatının təqdimatı mərasimi keçirilib. Bu mükafat M.Əliyevaya YUNESKO-nun xoş məramlı səfiri kimi Azərbaycanın müsbət imicinin təsdiqlənməsi sahəsində gördüyü işlərə, milli-mədəni irsimizin qorunmasına, Azərbaycan tarixində ilk dəfə dünya çempionatının təşkil olunması və keçirilməsinə, xeyriyyəçilik fəaliyyətinə və "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində təhsil sisteminin inkişafı istiqamətində görülmüş işlərə görə təqdim olunub.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayey qeyd edib ki, keçən il M.Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə ölkənin müxtəlif rayonlarında 23 məktəb əsaslı təmir olunub, 132 məktəbin inşası proqramı hazırlanaraq bu istiqamətdə işlərə başlanılıb, o cümlədən Azərbaycanda bədii gimnastika üzrə 27-ci dünya çempionatı (Azərbaycanda ilk dünya çempionatı) keçirilib. Bundan başqa H.Əliyev fondunun xətti ilə diabetli və talassemiyalı uşaqların dərman preparatları ilə təmin olunması istiqamətində işlər aparılır. 2005-ci ildə bir sıra tibb mərkəzləri və internat təmir olunub.

M.Əliyeva ona təqdim olunmuş mükafata görə ANS şirkətlər qrupuna və Çingiz Mustafayev adına Fonda təşəkkürünü bildirib. O qeyd edib ki, H.Əliyev adına Fond yaradıldığı gündən qarşısına böyük vəzifələr qoyub. Keçən il Fond tərəfindən təhsil, tibb və mədəniyyət sahəsində bir sıra layihələr həyata keçirilib. "2005-ci ilin uğurlu aksiyası "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin gerçəkləşməsi olub. Bu layihənin hazırlanması zamanı bütün kənd məktəbləri nəzərdən keçirilmiş və daha yararsız vəziyyətdə olan müəssisələrin siyahısı tutulmuşdur. İkinci mərhələdə çox qısa müddət ərzində 132 məktəb inşa edilib", - deyə Fondun rəhbəri bildirib. O, həmçinin, qeyd edib ki, rəhbərlik etdiyi Fond onun başladığı işləri müxtəlif istiqamətlərdə davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti