...

İnterpolun "Kalkan" layihəsi üzrə İşçi Qrupunun 2-ci görüşü öz işinə başlayıb

Siyasət Materials 1 Fevral 2006 12:33 (UTC +04:00)
İnterpolun "Kalkan" layihəsi  üzrə İşçi Qrupunun 2-ci görüşü öz işinə başlayıb

Fevralın 1-də İnterpolun "Kalkan" layihəsi üzrə İşçi Qrupunun 2-ci görüşü Bakıda öz işinə başlayıb. Trend xəbər verir ki, İnterpolun Baş Katibliyinin İctimai Təhlükəsizlik və Terrorçuluq üzrə Sub-Direktoratlığının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin birgə təşəbbüsu, o cümlədən İnterpolun bir sıra üzv dövlətlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən tədbir iki gün davam edəcək.

Tədbirin keçirilməsində məqsəd üzv dövlətlər arasında terrorçuluğa, insan alverinə, cinayətkarlığa qarşı birgə mübarizəni, axtarışda olan cinayətkarların yerinin müəyyənləşdirilməsi və həbsi sahəsində informasiya mübadiləsini genişləndirmək və möhkəmləndirməkdir.

Hazırda tədbirdə İnterpolun Baş Katibliyinin Polis Xidmətləri üzrə icraçı direktoru cənab Jan-Mişel Lubutan, Baş Katibliyin İctimai Təhlükəsizlik və Terrorçuluq Sub-Direktoratlığının əməkdaşları, habelə 25 dövlətin terrorçuluqla mübarizə orqanlarının və İnterpolun Milli Mərkəzi Bürolarının (MMB) nümayəndələrinin çıxışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti