...

İnterpolun Baş Katibliyinin həyata keçirdiyi "Kalkan" layihəsi terrorçuluqla mübarizəyə böyük dəstəkdir

Siyasət Materials 1 Fevral 2006 12:39 (UTC +04:00)
İnterpolun Baş Katibliyinin həyata keçirdiyi "Kalkan" layihəsi terrorçuluqla mübarizəyə böyük dəstəkdir

"İnterpolun Baş Katibliyinin həyata keçirdiyi "Kalkan" layihəsi terrorçuluqla mübarizəyə böyük dəstəkdir". Trend xəbər verir ki, bu sözləri İnterpolun üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə "Kalkan" layihəsi çərçivəsində Bakıda keçirilən 2-ci görüşdə Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov söyləyib.

"Kalkan" layihəsinin əhəmiyyətindən danışan V.Eyvazov görüş iştirakçılarının nəzərinə çatdırıb ki, bu layihə İnterpolun Baş Qərargahının üzv ölkələrin əksəriyyəti ilə informasiya mübadiləsi aparmasına imkan verir.

"İnterpola üzv dövlətlərin köməkliyi olmasaydı, "Kalkan" layihəsini həyata keçirmək də mümkün olmazdı", - deyə V.Eyvazov vurğulayıb.

Natiq çıxışında qeyd edib ki, bu layihənin Azərbaycanda cinayət törətmiş və onun hüdudlarından kənarda gizlənmiş cinayətkarların yerinin müəyyənləşdirilməsində və həbsində böyük rolu olub.

"2004-cü ildə icrasına başlanılan bu layihə Azərbaycan tərəfindən böyük maraqla qarşılanıb və ümid edirik ki, bu gün keçirilən tədbirin layihənin gələcəkdə daha sıx şəkildə davam etdirilməsinə böyük dəstəyi olacaq", - deyə V.Eyvazov söyləyib.

Xəbər lenti

Xəbər lenti