...

Bakıda Koreya səfirliyi açılacaq

Siyasət Materials 1 Fevral 2006 13:02 (UTC +04:00)

"Azərbaycan Koreya Respublikası ilə münasibətlərin gələcəkdə də möhkəmlənməsinin tərəfdarıdır". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreyanın Bakıdakı səfiri Hayonq Munu qəbul edərkən bəyan edib.

Nazir hər iki ölkə arasında bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Koreya Respublikası ilə əməkdaşlığa əhəmiyyət verir və yaxın vaxtlarda bu ölkənin Bakıda səfirliyi açılacaq.

Hər iki ölkə arasında münasibətlərirn getdikcə inkişaf etdiyini qeyd edən H.Mun bildirib ki, Koreya Azərbaycanla iqtisadiyyat, energetika, tikinti, elektronika və informasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşməsində, həmçinin, işgüzar əlaqələrin möhkəmlənməsində maraqlıdır. O, 2005-ci ildə E.Məmmədyarovun Koreyaya səfərini və bu səfər çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq Protokolunu yüksək qiymətləndirib.

2005-ci ildə Bakıda Koreya Respublikasının mədəniyyət günlərinin keçirildiyini xatırladan səfir bildirib ki, belə tədbirlər xalqlarımız arasında mədəniyyət əlaqələrinin inkişafına təkan verir. O, gələcəkdə də belə tədbirlərin keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, yaxın günlərdə Bakıda Koreya Respublikasının diplomatik nümayəndəliyi açılacaq.

Xəbər lenti

Xəbər lenti