...

Azərbaycanda 830 kvadrat kilometr ərazi minalanıb

Siyasət Materials 1 Fevral 2006 13:27 (UTC +04:00)
Azərbaycanda 830 kvadrat kilometr ərazi minalanıb

Azərbaycanın işğal olunmuşq ərazilərinin 830 kv. kilometri minalanıb. Bu barədə Trend ə Azərbaycanın minalanmış əraziləri üzrə Milli Agentliyinin direktoru Nazim İsmayılov məlumat verib.

Onun sözlərinə görə, ANAMA-nın fəaliyyət göstərdiyi dövr ərzində (1998-ci ildən 2005-ci ilə qədər) Azərbaycanda 21 mln kvadrat metr ərazi minalardan təmizlənib, 11 704 mina və döyüş sursatı zərərsizləşdirilib. Son 12 il ərzində mina və döyüş sursatının partlaması ilə bağlı 1500 fakt qeydə alınıb ki, bunun da nəticəsində 400 nəfərə yaxın insan həlak olub. N.İsmayılovun sözlərinə görə, hər il 20-25 mina partlayışı faktı qeydə alınır.

ANAMA rəhbərinin verdiyi məlumata görə, Agentliyin 2006-cı ildə büdcəsi $4,4 mln təşkil edir ki, bunun da $ 800 mini Azərbaycan hökumətinin, $2,3 milyonu ABŞ-ın, 1,1 mln avro - Avropa Komissiyasının, $ 200 min UNDP, $ 780 min NATO və 260 min avro DFID-in payına düşür. 2006-cı ildə Agentlik Saloğlu layihəsi də dbaxil olmaqla 11 mln kvadrat metrlik ərazini minalardan təmizləməlidir.

ANAMA öz tezniki və heyət potensialını gentişləndirmək niyyətindədir. N.İsmayılovun sözlərinə görə, belə ki, bu il daha bir minatəmizləyən maşının, 12 minaaxtara itin alınması və texniki heyətin ixtisasının artırılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti