...

2005-ci ilə qədər Azərbaycanda terrorçuluğu maliyyələşdirən 45 təşkilat müəyyən edilib

Siyasət Materials 1 Fevral 2006 14:20 (UTC +04:00)

2005-ci ilə qədər Azərbaycanda terrorçuluğu maliyyələşdirən 45 təşkilat müəyyən edilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov bildirib.

Nazir müavini qeyd edib ki, həmin təşkilatların fəaliyyəti dayandırılıb və onlar Azərbaycan ərazisindən çıxarılıb.

V.Eyvazovun sözlərinə görə, Azərbaycanın hüquq-mühafıizə orqanları belə təşkilatların fəaliyyətinin ifşa edilməsi və qarşısının alınması istiqamətində intensiv tədbirlər həyata keçirir. Həmin təşkilatların tutularaq istintaq orqanlarına təhvil verilmiş bir sıra üzvləri Azərbaycan məhkəməsi tərəfindən müvafiq şəkildə cəzalandırılıb.

"Bu tədbirlər sayəsində də hazırda Azərbaycanda belə təşkilatların fəaliyyətinə əvvəlki illərə nisbətən az rast gəlmək olar", - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti