...

Vilayət Eyvazov: Rəsul Quliyev Azərbaycanın büdcəsindən oğurladığı pullara görə gec-tez cavab verməli olacaq

Siyasət Materials 1 Fevral 2006 14:23 (UTC +04:00)

Eks-spiker Rəsul Quliyev Azərbaycanın büdcəsindən oğurladığı pullara görə gec-tez cavab verməli olacaq. Trend xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov söyləyib.

Onun sözlərinə görə, həm Mahir Cavadovun, həm də Rəsul Quliyevin tutularaq Azərbaycana gətirilməsi və istintaq orqanlarına təhvil verilməsi istiqamətində daxili işlər orqanlarının fəaliyyəti heç də səngiməyib.

"Bununla bağlı İnterpolun üzv dövlətlərinin Milli Mərkəzi Büroları fəaliyyətlərini davam etdirirlər. Rəsul Quliyev oğurladığı və Azərbaycanın əleyhinə istiqamətlənən hərəkətlərə sərf etdiyi pulların hesabını ədalət məhkəməsi qarşısında ödəməli olacaq", - deyə V.Eyvazov bildirib.

Xəbər lenti

Xəbər lenti