İnterpolun məlumat bazalarında 10 mindən artıq terrorçu və terrorda şübhəli bilinən şəxs var. Trend xəbər verir ki, bu sözləri jurnalistlərlə sözbətində İnterpolun Baş Katibliyinin Polis Xidmətləri üzrə icraçı direktoru Jan-Mişel Lubutan söyləyib.
"2001-ci ildə isə bu rəqəm vur-tut 1500 təşkil edirdi. Əgər ötən ilə qədər İnterpolun yaydığı istiqamətləndiricilər üzrə cəmi 1200 şəxs saxlanılmışdısa, ötən il həmin rəqəm də 4 minə çatıb. Rəqəmlərin ilbəil yüksəlməsinə səbəb İnterpolun öz mexanizmlərini təkmilləşdirməsindən irəli gəlir", - deyə cənab Lubutan vurğulayıb.
Lubutan onu da qeyd edib ki, təşkilat hazırda öz müvafiq strukturlarının müasirləşdirilməsi və modernləşdirilməsi istiqamətində də fəaliyyətini artırır.